EN

“PAŞA Bank” yerli bazarda irihəcmli sindikat krediti təqdim etdi

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" yerlibazarda mühüm bir sindikat kredit əqdi bağlayıb. 16.3 milyon AZNməbləğində olan bu kredit əqdi yerli tənzimləyici tələblərə uyğunvə beynəlxalq standartlara əsasən (LMA standartları) təşkiledilib.

"PAŞA Bank", təşkilatçı bank qismində çıxış edərək, digərmaliyyə institutların iştirakı ilə sindikat kredit vəsaitləriniiqtisadiyyatımızın real sektorunda fəaliyyət göstərən iki şirkətə -"AZƏRMAŞ" ASC və "İRŞAD Electronics" MMC-yə ayırıb.

Bu əqd, Azərbaycan bazarı üçün mühüm yenilik olmaqla yanaşı,yerli maliyyə sektorunun inkişafında böyük bir addımdır.

"PAŞA Bank"ın idarə heyətinin sədri Cavid Quliyev bu nailiyyətibelə şərh edib:

"Maliyyə resurslarının əlçatanlığı istənilən biznesininkişafında əsas amillərdən biridir. Bugünə qədər "PAŞA Bank"alternativ maliyyələşmə və investisiyaların cəlb edilməsi sahəsindəbir çox maarifləndirici təşəbbüslər həyata keçirib. Təkcə 2024-cüildə Bank “Azərbaycanda sindikat kreditləşmə” və “Azərbaycandaalternativ investisiyalarla tanışlıq" adlı tədbirlərə ev sahibliyiedib. Məqsədimiz, yerli maliyyə sektoru ilə investorlar vəbizneslər arasında əməkdaşlıq platforması yaratmaqdır.

Bu təşəbbüslərin məntiqi davamı olaraq, yeni beynəlxalqstandartlar və müəyyən edilmiş qanunvericilik normalarına uyğunolaraq, bu uğurlu addım atılıb. Əvvəllər kredit məhsullarımızınəsasını ənənəvi maliyyələşmə növləri təşkil edirdisə, indi bizimkanlarımızı şaxələndirərək, korporativ müştərilər və KOS üçünsindikatlaşdırılmış kreditlər cəlb etmək imkanını təqdimedirik.

Bu gün qürur hissi ilə qeyd etmək istəyirəm ki, həyata keçirilənbu əqd, fəaliyyətimizin bu istiqamətdə ilk bəhrəsidir vəAzərbaycanın qeyri-neft sektorunun şaxələndirilməsinə mühüm töhfəverəcəkdir", - deyə, C. Quliyev vurğulayıb.

Chosen
30
6
az.trend.az

7Sources