EN

Qazaxıstan Prezidenti yeni virusdan danışdı: "Ajiotaj yaratmayın!"

Ajans.azAkordanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Tokayev metapnevmovirusla bağlı ajiotaj yaratmamağa çağırıb: “İndi hamı yeni infeksiyadan danışır. Ajiotaj yaratmaq lazım deyil. Çinlə əməkdaşlığı bundan sonra da inkişaf etdirmək lazımdır”.

Qeyd edək ki, metapnevmovirus Çində xəstələrdə aşkarlanıb. Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə artıq metapnevmovirusun 30 halı qeydə alınıb. İnsan metapnevmovirusu onilliklər ərzində bir çox ölkələrdə dövr edən klassik viruslardan biridir. O, əsasən hava-damcı yolu ilə və daha az dərəcədə məişət-kontakt yolu ilə yayılır. İnfeksiyanın əsas simptomları öskürək, təngnəfəslik, qızdırma, baş ağrısıdır. Spesifik müalicə yoxdur. Müalicə simptomlara görə tətbiq edilir.

Chosen
50
6
Ajans.az

7Sources