EN

“Azericard” şirkətində yeni təyinat olub

Prosessinq mərkəzi olan “Azericard” MMC-də yeni təyinat olub.

Banker.az xəbər verir ki, Quliyeva Banu Azərikard MMC şirkətinin Hüquq departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

O, 2023-cü ilin fevralından 2025-ci ilin yanvar ayına kimi ?Azericard?da hüquq və sənədləşmə şöbəsinin müdiri olub.

Quliyeva Banu hazırda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında vəkil kimi çalışır.

O, 2009-2013-cü illərdə Bakı Dövlət Universitetində ?Hüquq? üzrə bakalavr dərəcəsinə, 2013-2015-ci illərdə Bakı Dövlət Universitetində ?Beynəlxalq hüquq? üzrə magistr dərəcəsinə, 2015-2019-cü illərdə isə Hüquq və İnsan Haqları İnstitutunda ?Beynəlxalq Hüquq? üzrə doktorluq elmi dərəcəsinə yiyələnib.

Chosen
39
1
banker.az

2Sources