EN

İranda plastik əməliyyat üçün yaş həddi endirildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İranda estetik əməliyyatlarla bağlı yaş həddi qızlar üçün 14, oğlanlar üçün isə 16 yaşa endirilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İran Rinologiya Dərnəyinin İdarə Heyətinin üzvü İbrahim Rezmpa İran Tələbələr Xəbər Agentliyinə (İSNA) müsahibəsində bildirib.
"Elmi baxımdan bu yaş azalıb və qızlar 14, oğlanlar isə 16 yaşından əməliyyat oluna bilərlər", - deyə o qeyd edib.
Daha əvvəl yaş məhdudiyyətinin 18 olduğuna diqqət çəkən Rezmpa, yaş amili ilə yanaşı, böyümə, fiziki və psixoloji inkişaf, mənəvi və şəxsi yetkinliyin də təsir bu məsələ də təsirli olduğunu ifadə edib.
O, plastik əməliyyatlarda nəzərəçarpacaq artım olduğunu deyib, lakin ölkədə aparılan plastik əməliyyatların sayı ilə bağlı məlumat verməyib.
Hesab edilir ki, İranda plastik əməliyyatların artmasının arxasında həmyaşıdların zorakılığı, media və mədəni amillər dayanır.
Chosen
61
oxu.az

1Sources