EN

Bakıda ofisiantla müğənni arasında dava: təhqiramiz videosunu yayaraq...

Bakıda işlədiyi restoranda müğənnini təhqir edən ofisiant cinayət məsuliyyətinə cəlb edilib.

Demokrat.az Publika.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda yerləşən restoranlardan birində baş verib.

Restoranda ofisiant işləyən Qəbələ rayon sakini 1984-cü il təvəllüdlü Şəfa Mustafayeva orada müğənnilik edən Mehriban S. ilə mübahisə yaşadıqdan sonra işdən çıxarılıb. Bundan sonra Şəfa "TikTok" sosial şəbəkəsində saxta hesab yaradıb və müğənninin fotolarından ibarət video hazırlayaraq üzərinə təhqiramiz ifadələr yazmaqla paylaşıb.

Chosen
54
2
demokrat.az

3Sources