Hökumətin kənd təsərrüfatı sahəsində siyasətindən narazı olan fransız fermerlər Paris yaxınlığında İspaniya ilə sərhədə gedən magistral yolu bağlayıblar.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Aksiyada ümumilikdə 20-yə yaxın fermer iştirak edir.
Həmkarlar ittifaqı özü də Parisdən şərqdə Almaniya sərhədinə gedən yolda nümayiş elan edib. Orada fermerlər “İlbiz əməliyyatı” adlanan tədbir keçirərək şosse ilə qəsdən yavaş-yavaş hərəkət ediblər və bununla da nəqliyyatın hərəkətini çətinləşdiririblər.