EN

“Rusiya xalqı Zelenskiyə nifrət edir” - Medvedev

Ukrayna Prezidenti Volodimir Zelenski bütün Rusiya xalqı tərəfindən nifrətlə qarşılanır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna liderinin amerikalı bloqer Leks Fridmanla müsahibəsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Zelenski Rusiya xalqına qarşı hörmətsizlik sözləri ilə müharibədə olan ölkələr arasında standart siyasi düzgünlük qaydalarını pozub.

Sədr müavini vurğulayıb ki, müharibə aparılan ölkənin hakim rejimini təşkil edən siyasi elitaya son dərəcə mənfi qiymət vermək olar, bütün xalqa isə yox.

“Xalqımız üçün Banderanın Ukraynasının indiki qeyri-qanuni rəhbərinə qarşı şəxsi qisas onun devrilməsi ilə bitməməlidir”, - deyə Medvedev qeyd edib.

Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib ki, bu sxem hətta nasist Almaniyası ilə də işləyirdi.

O, nasistlərin əsl cinayətkar hesab edildiyini, lakin bu nifrətin Almaniya vətəndaşlarına aid olmadığını diqqətə çatdırıb.

Xatırladaq ki, Zelenski bundan əvvəl dərc olunmuş müsahibəsində nə Rusiya Prezidenti Vladimir Putinə, nə də rus xalqına hörmət etdiyini bildirib.


Müəllif: Ceyhun Ağazadə
Chosen
51
2
teleqraf.com

3Sources