EN

Yanvarın 6-da Fransa prezidenti Emmanuel Makron səfirlərin konfransında çıxış edərək, Rusiyanın Ermənistanla «müttəfiqlik münasibətlərini dəyişdiyini» və «Dağlıq Qarabağda Azərbaycanı dəstəklədiyini» bildirib.

“Xarici siyasətini qəfil dəyişən Rusiya Azərbaycanı dəstəklədi, çünki Ermənistanın ilk dəfə olaraq təslim olmayan qətiyyətli baş naziri var idi”, o qeyd edib.

Makron Azərbaycanı həm də Kaledoniyaya müdaxilədə ittiham edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin  mətbuat katibi Ayxan Hacızadə bu iddiaları və ittihamları “əsassız və təxribat xarakterli, real faktları təhrif edən” adlandırıb.

Chosen
26
turan.az

1Sources