EN

Qaz kəməri ilə yük daşınmasında 1,6% artım olub

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda neft kəməri ilə 48,2 milyard ton-km yük daşınıb.

Fins.az, DövlÉ™t Statistika KomitÉ™sinÉ™ istinadÉ™n xÉ™bÉ™r verir ki, bu göstÉ™rici 2023-cü ilin eyni dövrü ilÉ™ müqayisÉ™dÉ™ 1,5 milyard ton-km vÉ™ ya 3% azdır.

Belə ki, 2023-cü ilin ilk 11 ayında ölkədə neft kəməri ilə 49,7 milyard ton-km yükün daşınması həyata keçirilmişdi.

Eyni zamanda, sözügedən dövr ərzində Azərbaycanda qaz kəməri ilə 11,9 milyard ton-km yük daşınıb. Bu isə 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 191 milyon ton-km və ya 1,6% çoxdur.

Qeyd edək ki, ötən ilin ilk 11 ayı ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 35,3 milyon ton neft, magistral qaz kəmərləri ilə isə 36,3 milyard kub-metr qaz nəql edilib.

Chosen
32
42
fins.az

10Sources