EN

Qazaxıstanın qərbində uşaqlar arasında metapnevmovirus aşkarlanıb

Bakı. Trend:

Qərbi Qazaxıstan vilayətində 14 yaşadək iki uşaqdametapnevmovirus aşkarlanıb.

TrendQazaxıstan mediasına istinadən xəbər verir ki, sanitar həkimlərinfeksiyanın yayılma riskini azaltmaq üçün region sakinləriniprofilaktik tədbirlərə riayət etməyə çağırıb.

Tövsiyələr arasında otaqların havasının dəyişdirilməsi,insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmaq, xəstələrlətəmasın məhdudlaşdırılması və onların təcrid edilməsi var. Xüsusidiqqət uşaqlara yönəldilib, soyuqdəymə əlamətləri yarandıqdaonların bağça və məktəblərə göndərilməməsi xahiş olunur. Vəziyyətpisləşdikdə tibbi yardıma müraciət etmək lazımdır.

Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədəmetapnevmovirusa 30 yoluxma qeydə alınıb.

İnsan metapnevmovirusu onilliklər ərzində bir çox ölkələrdə dövredən klassik viruslardan biridir. O, əsasən hava-damcı yolu ilə vədaha az dərəcədə məişət-kontakt yolu ilə yayılır.

İnfeksiyanın əsas simptomları öskürək, təngnəfəslik, qızdırma,baş ağrısıdır. Spesifik müalicə yoxdur, simptomatik müalicə tətbiqedilir.

Chosen
27
7
az.trend.az

8Sources