EN

44 yaşlı Cerrard baba olacaq

44 yaşlı məşqçi Stiven Cerrard tezliklə baba olacaq.

90deqiqe.Az "Daily Record"a istinadən xəbər verir ki, sabiq futbolçunun böyük qızı Lily-Ella bu yaxınlarda hamilə olduğunu açıqlayıb.

"Liverpul"un əfsanəsinin qızının 20 yaşı var.

Xatırladaq ki, Cerrard 2023-cü ilin yayından Səudiyyə Ərəbistanında çalışır. O, “Əl-İttifaq” futbol klubuna rəhbərlik edir.

O, məşqçilik karyerasına 2017-ci ildə "Liverpul"un yetirmələrinə rəhbərlik edərək başlayıb. Daha sonra İngiltərə millisinin sabiq kapitanı “Reyncers” və “Aston Villa”da qüvvəsini sınayıb. Keçmiş yarımmüdafiəçi futbolçu karyerasını 2016-cı ildə MLS-də "Los Anceles Qalaksi" ilə başa vurub. ABŞ-a köçməzdən əvvəl Cerrard bütün karyerasını doğma "Liverpul"da keçirib.

Chosen
49
90deqiqe.az

1Sources