EN

İranda güclü zəlzələ oldu

İranda 5,3 maqnitudalı zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Şiraz şəhərindən 139 km cənubda olub.

Yeraltı təkanların ətraf əyalətlərdə də hiss olunduğu qeyd edilib.

Chosen
49
4
qafqazinfo.az

5Sources