EN

Nippon Steel və US Steel birləşmələrinin qarşısını almaq üçün iddia qaldırdılar

Yaponiyanın "Nippon Steel" və Amerikanın "US Steel" şirkətləri ABŞ prezidenti Co Baydenin razılaşmalarını bloklamaq qərarına cavab olaraq iki məhkəmə iddiası qaldırıblar.

Şirkətlərin bəyanatı "Nippon"ın saytında dərc edilib.

"United States Steel"in (USS) saytındakı məlumata görə, ilk iddia ABŞ-ın Kolumbiya dairəsi üzrə Apellyasiya Məhkəməsində açılıb.

Marja.az xəbər verir ki, birinci məhkəmə iddiası Prezidentin sövdələşməni əngəlləmək qərarına, eləcə də ABŞ Xarici İnvestisiyalar Komitəsinin qərarının “konstitusiyaya uyğun prosesi və qanuni hüquqları pozduğuna” etiraz edir.

Şirkətlər bloklama qərarının yalnız siyasi mülahizələrə əsaslandığına əmindirlər.

İkinci iddia polad istehsalçısı "Cleveland-Cliffs"in rəhbərlərinə qarşı "guya "Cliffs"dən başqa hər hansı bir tərəfin "U.S Steel"i əldə etməsinə mane olmaq üçün nəzərdə tutulmuş bir sıra koordinasiya edilmiş rəqabət əleyhinə davranışlarına görə" qaldırılır.

Yanvarın 3-də Bayden "Nippon Steel"in təklif etdiyi 14,9 milyard dollarlıq "US Steel" almasını rəsmən bloklayıb.

ABŞ Xarici İnvestisiyalar Komitəsi bir neçə ay ərzində milli təhlükəsizlik riskləri ilə bağlı sazişi nəzərdən keçirib.

2023-cü il dekabrın ortalarında "Nippon Steel" "US Steel"i 14,1 milyard dollara alacağını açıqlayıb. Yaponiya şirkəti Amerika şirkətinin 742 milyon dollar məbləğində borcunu ödəməyə razı olub, ümumi alış qiyməti 14,9 milyard dollar olacaq.

Chosen
69
marja.az

1Sources