"Barselona"nın prezidenti Joan Laporta etimadsızlıq səsverməsi ilə üzləşəcək.
QOL.az xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.
Səsvermə bu gün klubun "Kamp Nou"dakı ofisində baş tutacaq. Proseduru artıq 2020-ci ildə Xosep Bartomeuya etimadsızlıq səsverməsini irəli sürən Kataloniya klubunun prezidentliyinə keçmiş namizədi Jordi Farre başlayıb.
Bundan əvvəl "Barselona"nın rəhbərliyindəki müxalifət qruplarının prezident Joan Laporta və onun idarə heyətini dərhal istefa verməyə çağırdığı bildirilirdi.
Bu qərarın əsas səbəblərindən biri klubun yarımmüdafiəçisi Daniel Olmo və hücumçu Pau Viktorun qeydiyyatdan keçməməsi, həmçinin "Nike" ilə müqavilənin uzadılması prosesidir.