EN

Ermənistanda dövlətdən ev almaq istəyən qarabağlılar vətəndaşlığı qəbul etməlidir

Qarabağı tərk etmiş növbəti 300-dən çox ailəyə mənzil almaq üçün sertifikat təqdim olunub.

Herbiand.az xəbər verir ki, artıq bu ailələrdən bəzisi öz evlərini əldə edə biliblər.

Bu barıdı məlumatı əmək və sosial məsələlər nazirinin müavini David Xaçatryan “Sputnik Ermənistan”na müsahibəsində bildirib.

Onun sözlərinə görə, bəzi ailələr artıq əməliyyatları başa çatdırıb, bəzilərində isə mənzil axtarışı və ya qeydiyyatı gedir.

Qarabağdan Ermənistana köçmüş ailələrin sertifikatla təmin edilməsi proqramı 2024-cü il iyunundan başlanıb. Ötən ilin mayında qəbul edilmiş qətnaməyə əsasən prosses 3 mərhələdə olacaq.

I mərhələ (2024-cü ildən) – üç və ya daha çox azyaşlı uşağı olan ailələr;

II mərhələ (2026-cı ilin yanvarından) – iki uşaqlı ailələr;

III mərhələ (2027-ci ilin yanvarından) – bir uşaqlı ailələr.

Müəyyən güzəştli şərtlərlə ailələr proqramda növbədənkənar iştirak imkanı da əldə edir.

Proqram Ermənistanın 242 yaşayış məntəqəsində, o cümlədən İrəvanda (“1” və “2” mərkəzi zonaları istisna olmaqla) mənzillərin alınmasını nəzərdə tutur. Dövlət dəstəyinin məbləği seçilmiş regionda daşınmaz əmlakın bazar qiymətindən asılı olaraq adambaşına 5 milyon dram qədərdir. Layihənin ümumi dəyərinin 1,5 milyard dollardan 2 milyard dollara qədər olduğu təxmin edilir.

Məsələnin maraqlı cəhətlərindən biri odur ki, bu proqramda iştirak etmək istəyən ailələr əvvəlcə Ermənistan vətəndaşlığını almalıdır. Bu isə Ermənistanın bəzi dairələrində müəyyən narazılıqlar yaradır.

Chosen
18
herbiand.az

1Sources