İtaliyanın cənubundakı Bari şəhərində tərk edilmiş körpələrin qaldığı beşik qutusunda bir aylıq körpənin cansız bədəni tapılıb.Hadisə cümə axşamı San Giovanni Battista kilsəsində baş verib.Kilsə keşişi Antonio Ruccia bildirib ki, normal şəraitdə körpə qutuda qalanda siqnalizasiya sistemi işə salınmalı və mobil telefonlara xəbərdarlıq mesajı göndərilməlidir. Lakin hadisə zamanı Romada olan keşiş Ruccia mobil telefonuna heç bir xəbərdarlıq almadığını bildirib.Dəfn evinin operatoru körpəni görüb və dərhal keşiş Ruccia ilə əlaqə saxlayıb. Hadisə ilə bağlı polisə məlumat verildikdən sonra araşdırmalara başlanılıb.Körpə qutuları İtaliyadakı kilsələrdə və xəstəxanalarda tərk edilmiş körpələr üçün təhlükəsiz bir həll təmin etmək məqsədi daşıyır. İstilik sistemi olan bu xüsusi qutular körpənin tərk edilməsi vəziyyətində məsul şəxslərə ani bildiriş göndərir. Lakin polis bu halda istilik sisteminin işləməsi və ya körpənin beşikdə qalanda sağ olub-olmaması ilə bağlı dəqiq bir nəticəyə gələ bilməyib. Körpənin ölüm səbəbi ekspertizadan sonra müəyyənləşəcək.San Giovanni Battista kilsəsindəki bu beşikdə sonuncu dəfə körpə 2023-cü ilin dekabrında qalıb və ona Maria Grazia adı verilib. Uşaq qutusu təcrübəsi 13-cü əsrə qədər uzanan ənənəyə əsaslanır və 2006-cı ildə qəbul edilən qanunla modernləşdirilərək qadınlara kimliklərini açıqlamadan uşaq dünyaya gətirmək və baxa bilmədikləri uşaqları cəza almadan bu qutuya tərk etmək hüququ verilib.Mənbə: CNN International