Bakı. Trend:
İnsanlar normada gün ərzində 3-4 dəfə qidalanmalıdırlar. Ammabu, insanlara görə dəyişir. Bu barədə Səhiyyə Nazirliyi akademikM.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin qastroenteroloquTuran Kərimova deyib.
TrendT.Kərimova ilə müsahibəni təqdim edir:
- Turan xanım, insan gün ərzində neçə dəfə qidalanmalıdır?
- Hər hansı bir şəxs səhər və nahar yeməyini tam şəkildə,orqanizmin vitaminlərə, minerallara, zülala və digər qidamaddələrinə, enerjiyə olan təlabatını ödəyəcək miqdarda qəbuledirsə, məhz axşamlar, yəni 3-cü qida qəbulunun olması vacib deyil.Çünki qida qəbulu təkcə mədəni doyurmaq məqsədilə deyil, orqanizminehtiyac olduğu qida maddələri və enerji ilə təmin etməsidir.
Qeyd etmək istərdim ki, qidalanmanın gün ərzində neçə dəfə olmasınıbilmək üçün həzm prosesinə nəzər salmaq lazımdır. Çünki həzmsisteminin müxtəlif şöbələrində həzm prosesinin müddəti, yəniqidanın tam parçalanıb sorulması müəyyən saat intervalında olur vəqəbul olunan qidanın tərkibindən, bişirilmə qaydasından asılıolaraq dəyişir. Belə ki, əsas enerji mənməyimiz olan yağların,zülalların, karbohidratların parçalanması, sorulma həzm sistemininmüxtəlif şöbələrində müfafiq vaxt ərzində və sürətdə baş verir.
- Axşam qida qəbulu hansı saatlarda olmalıdır?
- Mütəxəssislər son qidalanmanı yatmazdan 3-4 saat öncə olmasınıtövsiyə edirlər. Eyni zamanda, müxtəlif vəziyyətlərə görə, məsələniş rejimi ilə əlaqədar olaraq gec saatlarda qida qəbulu dəyişərək,yatmazdan 1-1,5 saat öncə ola bilər. Çünki orqanizm özünü lazımienerji və qida məddələri ilə təmin etməmirsə yatmaq məqsədəuyğunhesab edilmir. Tam ac qarına yatmaq orqanizmdə hormonal disbalansyaradır. Bu da, öz növbəsidə, yuxu rejiminin pozulmasına gətiribçıxara bilər. Belə ki, ac olan zaman orqanizmdə Leptinin (doymahormonu) miqdarı artır. Bu hormonun miqdarının artması yuxuhormonunun, yəni Melatoninin miqdarının aşağı düşməsinə səbəb olur.Dolayısı ilə ac yatmaq yuxusuzluğa səbəb olur.
- Gec saatlarında qidalanma hansı xəstəliklərə səbəb olabilər?
- Ümumiyyətlə orqanizmdə bütün sistemlər bir-birinə bağlı vəsinxron şəkildə fəaliyyət göstərdiyi üçün hər hansı bir sistemdəbaş verən patologiya digər sistemlərdə də öz əksini tapır. Bunagörə də, gec saatlarda qidalanma təkcə həzm sistemində deyil, eynizamanda ürək-damar, sinir, endokrin, immun və s. sistemlərdə birsıra patologiyalara gətirib çıxara bilər. Həzm sisteminə aid olanpatologiyalara qastrit, qastroezofagial reflüks, duodenit, kolit,xolesistit, pankreatit, qaraciyərin bir sıra patologiyaları və s.daxildir.
Qeyd etmək istərdim ki, bu xəstəliklər bir-biri ilə əlaqəlidir.Birinin yaranması zəncirvarı olaraq digərinə gətirib çıxara bilər.Məsələn, gec saatlarında qida qəbulu mədədə turşu sintezininartmasına, bu da qastritə səbəb olur. Eyni zamanda, mədənin doluolması mədədə kardial sfinkterin tam bağlanmamasına, bununlabərabər turşuluğun artması qastroezofaqial reflüks xəstəliyininyaranmasına gətirib çıxarır.
Gec saatlarda qida qəbulu fermentativ proseslərin pozulmasına,bununla da həzmin pozulmasına səbəb olduğu üçün xroniki pankreatit,xroniki xolesistit, qaraciyərin piylənməsinə gətirib çıxarabilər.
- Şam yeməyində hansı qidalardan uzaq durmaq lazımdır?
- Axşam saatlarında çox yağlı, qızardılmış qidalardan, unməmulatlarından, şirniyyatdan, turşuya qoyulan, hisə verilənqidalardan, qazlı və spirtli içkilərdən uzaq durmaq lazımdır. Çünkisadalanan qidalar gec həzm olunur, qida dəyəri aşağı, lakinkalorisi çox olduğu üçün orqanizmi lazimi qida maddələri,vitaminlər, zülallar, minerallar, enerji ilə təmin edə bilmədiyinəgörə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
Düzgün bişirilmə qaydalarına riayət olunmayan qidalar nəinki həzmsistemində ciddi problemlərə yol açır, eyni zamanda şəkərli diabet,hipertoniya xəstəliyi, böyrək patologiyalarına, su-duzmübadiləsinin pozulmasına da səbəb ola bilər.
- Axşam yeməyindən sonra gəzinti, yoxsa yüngül qaçış dahaməqsədəuyğundur ?
- Təbii ki, axşam yeməyindən sonra qısamüddətli gəzintilərtövsiyə olunur. Səbəb isə gəzinti zamanı metabolizmin sürətlənməsi,qan dövranının və həzm prosesesinin yaxşılaşmasıdır. Bu zaman bütünsadaladığım dəyişikliklər tədricən, orqanizmə zərər vermədən başverir. Eyni zamanda, qida maddaləri tam şəkildə, metabolizmin sonməhsullarına qədər parçalanır və bu da orqanizm üçün lazım olanvitaminlərin, amin turşuların, karbohidratların, mineralların rahatmənimsənilməsini təmin edir.
Qaçış zamanı isə qida maddələrinin parçalanması və bu proseslərinbaş verməsini təmin edən enerji sərfiyyatını normadan artıqsürətləndirir. Bu zaman qida maddələri metabolizmin sonmehsullarına qədər tam parçalana bilmir, orqanizmin normalfəaliyyəti üçün lazım olan enerji yaranmır, orqanizm həddən çoxyüklənmiş olur. Bütün bunlar da dolayısı ilə orqanizmdə müxtəlifpatologiyalara səbəb olur. Bunlara ürək-damar sistemi, böyrəkpatologiyarı, şəkərli diabet, dayaq-hərəkət sistemi patologiyalarıvə s. aiddir.
- Axşam saatlarında aclığı doyurmaq üçün hansı qidalar optimalhesab olunur?
- Hər bir qəbul olunan qidanın tərkibindəki maddələrin həzmtraktının müxtəlif şöbələrində parçalanma və sorulma müddəti var.Qidanın tərkibi nə qədər mürəkkəb, çətin parçalanan olarsa,orqanizmdə artıq toplanan şlakların, toksinlərin, tam parçalanmayanyağ turşularının miqdarı da bir o qədər çox olacaq. Bu da,istər-istəməz artıq çəkinin yaranmasına səbəb olacaq. Ona görə də,axşam saatlarında yüngül, həzmi, parçalanması asan olan qidalarınqəbulu tövsiyə olunur. Bunlara yağsız balıq növləri, az yağlı ət vəquş ətləri, tərəvəzlər, az miqdarda karbohidrat (məsələn, düyü,bulqur və qarabaşaq) aiddir.
Təbii ki, yeməyin bişirilmə qaydasının da burda böyük rolu var.Məsələn, qızartmalar, hisə verilən və konserviləşdirilmiş qidalar,yaxşı, tam bişməyən qidalar məsləhət deyil. Buxarda bişmiş, təzətərəvəzlərdən hazırlanan salatlar, süd məhsulları, xüsusən də azyağlı və ya yağsız kəsmik, pendir daha məqsədəuyğundur. Bu zamanporsiyalara da fikir vermək lazımdır. Qabın 1/3-i zülal, 1/3-sitərəvəz və 1/3-i karbohidrat olmalıdır.
Sonda qeyd etmək istərdim ki, axşam yeməklərinə, xüsusən dəsalatlara az miqdarda sirkə, limon və digər sitrus meyvələrininşirəsinin əlavə olunması yağların parçalanmasını və metabolizmisürətləndirərək, həzmi yaxşılaşdırır.