Azərbaycanla İsrailin ticarət dövriyyəsi ötən ilin yanvar-noyabr aylarında 760,2 milyon dollar dəyərində olub.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2023-cü ilin eyni dövrünə nisbətən 46,4% azdır.
Hesabat dövründə Azərbaycanın İsrailə ixracının dəyəri 730,9 milyon dollar, bu ölkədən idxalının dəyəri isə 29,3 milyon dollar dəyərində olub.