EN

Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kiyevə səfərini təxirə salıb

Bakı, 7 yanvar, AZƏRTAC

ABŞ-ın yeni seçilmiş prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Kiyevə və digər Avropa ölkələrinin paytaxtlarına səfərini Donald Trampın andiçmə mərasiminin keçiriləcəyi yanvarın 20-dək təxirə salıb.

AZƏRTAC xəbər verir ki, “Reuters” agentliyinin öz mənbələrinə istinadla yaydığı məlumata görə, Tramp administrasiyasının nümayəndəsi yanvarın əvvəlində Kiyevə ilk səfərini həyata keçirməli idi. O, həmçinin Avropanın digər paytaxtlarına, o cümlədən Roma və Parisə də getməyi planlaşdırırdı.

Donald Tramp noyabrın 27-də ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi vəzifəsinə Kit Kelloqun namizədliyini irəli sürüb. Kit Kelloq Ukraynadakı müharibənin danışıqlar yolu ilə həllinin və mövcud cəbhə xətti saxlanılmaqla Kiyev və Moskvanın dialoqa başlamasının tərəfdarıdır.

 

 

 

Chosen
29
1
azertag.az

2Sources