EN

11 dəqiqə ölü qaldı: Həmin anlarda nə baş verib?

Kanadada yaşayan Adam Tapp adlı tibb işçisi ölümdən dönmə təcrübəsini danışıb. 

“Cebheinfo.az” xəbər verir ki, onu elektrik cərəyanı ilə vurduqdan sonra 11 dəqiqə ölü qalıb. O, 11 dəqiqə yarım necə ölü qaldığını və bu müddət ərzində nə hiss etdiyini izah edib. Belə ki, 20 ildir tibb işçisi kimi çalışan Tapp dülgərlik edərkən taxta oyma cihazından bədəninə keçən elektrik onun ölümünə səbəb olub. 

Elektrik cərəyanı anını təsvir edən Tapp "Bu hiss demək olar ki, dözülməz idi. Sanki bədənimdəki hər hüceyrə parçalanırmış kimi, çox dərin bir ağrı keçdi”,- deyib. Yaşadığı sarsıntının dözülməz ağrısına baxmayaraq, Tapp öldükdə "sanki bir nöqtədən kənara baxırmış kimi" hiss etdiyini söyləyib. Tapp bu müddət ərzində fiziki varlığını unutduğunu və dünyanı yalnız şüur olaraq hiss etdiyini deyib: "Ölü deyildim.

Heç bir şey deyildim. Sadəcə mükəmməl idim, bu, mütləq məmnunluq kimi idi. Sonra bir növ nəyinsə üstümə axmağa başladığını hiss etdim. Bu, suyun üzərindəki benzin kimi idi”. Tapp yaşadığı təcrübədən sonra yenidən elektrik cərəyanına məruz qaldığını hiss etdiyini bildirib. Lakin bu dəfə digər tibb işçiləri onu yenidən həyata döndürməyə çalışıb. Tibbi yardım nəticə verib və o, yenidən həyata dönüb. O, reanimasiya şöbəsində təxminən səkkiz saat komada qalıb. Nə qədər vaxt xəstəxanada yatdığından xəbəri olmayan Tapp orada cəmi bir neçə saat qaldığını öyrəndikdən sonra təəccüblənib: 

"Əgər kimsə mənə bunun beş və ya on il olduğunu desəydi, mən buna həqiqətən inanardım".

Chosen
28
1
cebheinfo.az

3Sources