EN

Etibarı və reallığı itirmiş Makron Bakını "suçlayır"

Fransa prezidenti Emmanuel Makronun Parisdə keçirilən illiksəfirlər konfransında səsləndirdiyi son bəyanatlar siyasi mahiyyətivə mənəvi xislətindən xəbər verməklə yanaşı, ölkədə getdikcədərinləşən daxili böhranlardan diqqəti yayındırmaq cəhdi kimigörünür. Azərbaycanı, Rusiyanı və hətta İlon Maskı Fransanın vəonun dəniz aşırı ərazilərinin işlərinə müdaxilədə günahlandıranMakron real problemlərlə mübarizə apara bilmədiyini gizlətmək üçünümidsiz bir səy göstərir.

E.Makron çıxışı zamanı Rusiyanı, Azərbaycanı və amerikalımultimilyarder İlon Maskı Avropa seçkilərinə müdaxilədə ittihamedib. Fransanın dövlət başçısının sözlərinə görə, Rusiya "özittifaqlarını dəyişib" və "Qarabağda Azərbaycanın fəaliyyətlərinidəstəkləyib". Bu barədə o, Yelisey Sarayının X sosial şəbəkəsindəkisəhifəsində yayımlanan çıxışında bildirib.

Makron həmçinin bəyan edib ki, sən demə, Ermənistanda "Moskvayagüzəştə getməyən qətiyyətli bir baş nazir" var. Bununla yanaşı, o,Azərbaycanı "Fransanı əsla qəbuledilməz şəkildə destabilizasiyaetmək cəhdləri"ndə ittiham edib, rəsmi Bakını Fransanın dənizaşırıərazilərdəki, o cümlədən Yeni Kaledoniyayadakı proseslərə müdaxiləetdiyini iddia edib.

"Bir neçə həftə əvvəl Rumıniya Rusiyaya açıq şəkildə aid edilənseçkilərə müdaxilə və manipulyasiyalar səbəbindən prezidentseçkilərini ləğv etməyə məcbur oldu. Kim on il əvvəl belə bir şeyidüşünə bilərdi? Fransa son aylarda Yeni Kaledoniya da daxilolmaqla, əksər ərazilərində Azərbaycanın əsla qəbuledilməzmüdaxiləsinə məruz qaldı", - deyə Makron vurğulayıb.

O daha sonra deyib ki, X sosial şəbəkəsinin sahibi İlon Maskbirbaşa seçkilərə müdaxilə edib. "Əgər on il əvvəl kimsə bizədünyanın ən böyük sosial şəbəkələrindən birinin sahibinin yenireaksiyaçı beynəlxalq hərəkatı dəstəkləyəcəyini və birbaşaseçkilərə, o cümlədən Almaniyada müdaxilə edəcəyini desəydi? Kimbunu təsəvvür edə bilərdi? Bu, yaşadığımız dünyadır", - EmmanuelMakron söyləyib.

Emmanuel Makronun son bəyanatları bir daha göstərdi ki, Fransareallıqla üzləşməkdən boyun qaçırır və öz uğursuzluqlarına görəxarici düşmən axtarır. Bu çıxış yalnız bir şeyi açıq şəkildə sübutedir: Makron ölkəsindəki həll olunmamış problemlərlə mübarizəaparmaq əvəzinə, diqqəti yayındırmağa çalışır. Onun dediklərireallıqdan uzaq, daxili auditoriyanı aldatmaq üçün hazırlanmış, heçbir faktoloji əsas daşımayan bir ritorikanın məhsuludur.

Halonki Fransanın beynəlxalq siyasətdə tutduğu mövqe çoxdanikiüzlülük nümunəsinə çevrilib. Azərbaycanı "destabilizasiyayaratmaqda" ittiham edən Paris, əslində, onilliklərdir Ermənistanıaçıq şəkildə dəstəkləyərək, Cənubi Qafqazda sabitliyin və sülhünbərqərar olmasının qarşısını alır. Ermənistanın işğal altındasaxladığı ərazilərdə törətdiyi vəhşiliklərə - etnik təmizləmələrə,mədəni irsin məhv edilməsinə, ekoloji soyqırıma göz yuman Fransa,bu cinayətləri bilavasitə himayə etmişdir. Lakin Azərbaycanbeynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz torpaqlarını azadetdikdə, Paris bu ədaləti kölgə altına almaq üçün saxtaittihamlarla çıxış etdi. Bu, yalnız bir məqsədə xidmət edir -Fransanın öz maraqlarını qorumaq üçün tətbiq etdiyi ikiüzlüsiyasəti gizlətməyə.

Yeni Kaledoniya məsələsi isə Fransa rəhbərliyinin daha bir zəifnöqtəsini üzə çıxarır. Makronun bu bölgədəki vəziyyəti Azərbaycanınmüdaxiləsi kimi təqdim etməsi, əslində, Fransanın öz müstəmləkəsiyasətinin nəticəsidir. Yeni Kaledoniyada yerli əhalinin hüquqlarıuzun illər boyu ayaqlar altına atılmış, bu ərazilər isə resursmənbəyi kimi istifadə edilmişdir. Fransa rəhbərliyi yerli xalqınnarazılıqlarını həll etmək əvəzinə, günahı kənarda axtarmaqlaməşğuldur. Bu, nəinki öz xalqına, həm də beynəlxalq ictimaiyyətəqarşı açıq bir hörmətsizlikdir.

Makronun çıxışı onun daxili problemlərlə üzləşməkdə acizliyininvə öz uğursuzluqlarını ört-basdır etmək üçün istifadə etdiyiüsulların növbəti sübutudur. Seçki manipulyasiyası, iqtisadi böhranvə sosial narazılıqla üz-üzə qalan Fransa rəhbərliyi, xarici düşmənobrazı yaratmaqla diqqəti yayındırmağa çalışır. Ancaq bu taktikaartıq işləmir. Makronun bəyanatları, beynəlxalq arenada onunliderliyini daha da zəiflədir və Fransa dövlətinin nüfuzuna ciddizərbə vurur.

Azərbaycan Fransa kimi, beynəlxalq hüququ pozaraq deyil, ona tamsadiq qalaraq öz ərazi bütövlüyünü təmin edib. Bu, yalnızAzərbaycanın suveren hüququ deyil, həm də beynəlxalq prinsiplərəəsaslanan ədalət təzahürüdür. Makronun Azərbaycanı ittiham etməsi,yalnız öz ölkəsindəki böhranları unutdurmaq məqsədi güdür və heçbir hüquqi əsas daşımır.

Fransanın beynəlxalq nüfuzunu bərpa etmək üçün, ilk növbədə, özdaxili problemlərini həll etməsi, müstəmləkə siyasətindən əlçəkməsi və ikili standartlardan uzaqlaşması lazımdır. Əks halda,Parisin saxta ritorikası yalnız manipulyasiyanın bir aləti olaraqqalacaq, mənəvi dəyərini isə tamamilə itirəcək.

Emmanuel Makron yenə də manipulyasiyaların qaranlıq labirintindəyolunu azaraq, beynəlxalq hüququn prinsiplərini pozan tərəf deyil,ona sadiq qalan Azərbaycanı hədəf seçir. Onun iddiaları nəinkiabsurddur, hətta onların arxasında duran motivlər açıq-aydınmanipulyativdir. Azərbaycan beynəlxalq hüquqa hörmət göstərərək öztorpaqlarını azad edib, bu isə BMT Təhlükəsizlik Şurasınınqətnamələrində təsbit olunmuş suveren hüquqdur. Lakin Makron daxilisiyasi böhranların kölgəsində, öz uğursuzluqlarını ört-basdır etməküçün Azərbaycanın adına yalanlar yazır, dünya ictimaiyyətinindiqqətini yayındırmağa çalışır.

Fransa onilliklər ərzində Ermənistana açıq dəstək verərək,Cənubi Qafqazda münaqişəni dondurmaqla kifayətlənməyib, həm dəseparatizmə rəvac verib. Paris yalnız Azərbaycanın işğal olunmuşərazilərində törədilən dağıntılara, etnik təmizləmələrə və ekolojisoyqırıma göz yummayıb, eyni zamanda bu cinayətləri dəstəkləyib.Fransa beynəlxalq hüququ kobud şəkildə pozan Ermənistanı müdafiəetməklə, onun revanşist siyasətinə dəstək verib. Bu gün isəAzərbaycan öz ədalətli mövqeyini müdafiə edərkən, Makron və onundiplomatiyası bu uğurları qaralamaq üçün saxta ittihamlarla çıxışedir.

Makronun Azərbaycanın guya Fransa dəniz aşırı ərazilərinəmüdaxilə etməsi barədə səsləndirdiyi ittihamlar onun öz siyasiritorikasında nə qədər uzağa getdiyini göstərir. Yeni Kaledoniyaməsələsində Azərbaycanın adı hallandırılarkən, Fransa rəhbərliyininbu əraziləri resurs mənbəyinə çevirdiyi və yerli xalqlarınhüquqlarını kobud şəkildə pozduğu bir daha üzə çıxır. YeniKaledoniyada baş verən narazılıqlar, əslində, Fransa müstəmləkəsiyasətinin süqutunu və demokratiyaya sədaqətsizliyini əksetdirir.

Makron yerli əhalinin hüquqlarını təmin etmək əvəzinə, diqqətiAzərbaycanın üzərinə yönəldir. Bu ittihamlar, Fransanın dərinsosial problemlərinə, müstəmləkə idarəçiliyinin yaralarına vədaxili siyasi böhranlarına diqqəti yayındırmaq məqsədini güdür.Halbuki, Yeni Kaledoniyadakı narazılıqların kökündə məhz Fransanınkolonial yanaşması dayanır. Yerli xalqın səsini eşitməyən Paris,hər dəfə repressiyalar və təkəbbürlü münasibətlə cavab verir.

Makronun bu cür ittihamları, Fransa siyasətinin mahiyyətindəduran ikiüzlülüyün bariz nümunəsidir. Bir tərəfdən Paris beynəlxalqhüququn müdafiəçisi olduğunu iddia edir, digər tərəfdən isə buhüquqları kobud şəkildə pozan Ermənistana dəstək verməklə, CənubiQafqazda gərginliyin davam etməsinə səbəb olur. Azərbaycanınsuveren hüquqlarına hücum edərək, Makron yalnız öz ölkəsininbeynəlxalq nüfuzunu daha da zəiflədir. Fransa bu gün nəinki qlobalədalətin müdafiəçisi deyil, həm də manipulyasiyalar və gərginlikləöz maraqlarını təmin etməyə çalışan bir ölkədir.

Makronun çıxışları yalnız daxili auditoriyaya ünvanlanmışyalanlar yığnağıdır. Lakin dünya dəyişir və köhnə manipulyasiyaüsulları artıq işləmir. Azərbaycan nəinki ədalətə, həm dəbeynəlxalq hüququn prinsiplərinə sadiqliyi ilə seçilir. Fransa isəikili standartlardan əl çəkmədikcə, nə beynəlxalq etimadı bərpaedə, nə də daxili problemlərini həll edə biləcək.

Bu ritorika sadəcə bir liderin zəifliyini deyil, həm də qlobalsəhnədə ədalət və sabitlik anlayışına vurulan zərbəni göstərir.Makronun yalanları və manipulyasiyaları, yalnız Parisin mənəviçöküşünü bir az da sürətləndirir. Amma dünya ədaləti tanıyır vəAzərbaycanın mövqeyi tarix boyu həmişə olduğu kimi, bu gün dəhaqlıdır.

Paris yalnız Cənubi Qafqazda deyil, dünyanın müxtəlifbölgələrində - Afrikadan Sakit Okean hövzəsinə qədər - hələ dəkolonial təsir metodlarından istifadə edir. Lakin müasir dövrünreallıqları göstərir ki, Fransa siyasətinin əsasını təşkil edən bustrategiyalar artıq iflasa uğrayır. Fransanın yaratdığıdestabilizasiya təkcə regional sabitliyə zərər vermir, həm də onubeynəlxalq tərəfdaş kimi etibarsız hala gətirir.

Azərbaycanın ünvanına səsləndirilən əsassız ittihamlar, xüsusəndə Parisin digər dövlətlərin daxili işlərinə birbaşa müdaxiləsininəzərə alanda, daha da absurda çevrilir. Ermənistana silah satışı,separatçı rejimlərə siyasi dəstək - bunlar yalnız gərginliyinartmasına xidmət edir. Beynəlxalq hüququ müdafiə etdiyini iddiaedən Fransa, əslində, xaos və qeyri-sabitliyin başlıca mənbəyinəçevrilmişdir.

Azərbaycan beynəlxalq hüququn prinsiplərinə sadiqliyinidəfələrlə sübut edib. Öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycanıntəməl hüququdur və bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrindətəsbit olunmuş ədalətdir. Bununla belə, Fransa beynəlxalq hüquqa vəədalətə hörmət göstərmək əvəzinə, sülhü pozan qüvvələridəstəkləməkdə davam edir. Azərbaycanı qınamaqdan çəkinməyən Paris,əslində, öz siyasi maraqları naminə Cənubi Qafqazda sabitliyə maneolur.

Fəqət Makron fərqli bir yolu seçir. O, konstruktiv dialoq vəhəll yollarını araşdırmaq əvəzinə, gözəl və cazibədar sözlərinarxasında Fransanın geosiyasi ambisiyalarını gizlətməyə çalışır. Buyanaşma yalnız Parisin beynəlxalq nüfuzuna ciddi zərbə vurur. Dahada önəmlisi, bu, beynəlxalq institutlara qarşı artan inamsızlıqmühitini gücləndirir - institutlar ki, Fransa onları öz maraqlarınaminə manipulyasiya edir.

Fransa özünə olan beynəlxalq etimadı bərpa etmək istəyirsə,əvvəlcə öz səhvlərini qəbul etməlidir. Xarici düşmən axtarışındanəl çəkib, daxili və xarici siyasətindəki uğursuzluqlarlaüzləşməlidir. Fransa rəhbərliyi ikili standartlardan imtina etməlivə beynəlxalq hüququn müdafiəçisi olduğunu sübut etməlidir. Əkshalda, onun ritorikası yalnız manipulyasiya vasitəsi olaraq qalacaqvə heç bir mənəvi çəkisi olmayacaq.

Azərbaycan isə öz haqlı mövqeyini müdafiə etməkdə davam edəcək.Ədalətə əsaslanan siyasəti ilə ölkəmiz beynəlxalq hüququn vəsabitliyin müdafiəçisi olduğunu nümayiş etdirir. Fransa üçün isəhəqiqət və ədalət maskalarının arxasında gizlənmək dövrü çoxdanbitib. Dünya artıq dəyişir, və bu dəyişikliklər arasında Azərbaycanöz sadiqliyi və ədalət mübarizəsi ilə fərqlənir. Fransa isə yalnızköhnəlmiş siyasətindən qurtulmaqla yenidən hörmət və etibar qazanabilər.

Chosen
18
50
az.trend.az

10Sources