EN

Sanders ABŞ-ni İsrailə silah satışını dayandırmağa çağırıb

ABŞ senatoru Berni Sanders Vaşinqton administrasiyasını İsrailə silah satışını dayandırmağa çağırıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, senator Bayden administrasiyasının ABŞ Konqresinə İsraillə 8 milyard dollarlıq silah satışı ımüqaviləsini təqdim etdikdən sonra açıqlama verib. 
Açıqlamasında ABŞ hökumətini İsrailə silah satışını dayandırmağa çağıran Sanders, bu satışın qarşısını almaq üçün əlindən gələni edəcəyini vurğulayıb.

Xatırlada ki, ABŞ rəsmiləri yanvarın 4-də Konqresə döyüş təyyarələri və artilleriya sursatları da daxil olmaqla, İsraillə təklif olunan 8 milyard dollarlıq silah müqaviləsi imzalamağa hazsırlaşdıqlarını bildirmişdi.

Cəmalə
Chosen
16
azxeber.com

1Sources