Çinin Tibet Muxtar Bölgəsində baş verən zəlzələ nəticəsində azı 53 nəfər ölüb. Yerli fövqəladə hallar mərkəzinin məlumatına görə, 62 nəfər xəsarət alıb. Əvvəllər 32 nəfərin öldüyü məlum idi.
Editor.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, yanvarın 7-də səhər saatlarında Dinçji qraflığında 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. 1 mindən çox binaya ziyan dəyib.
Çin prezidenti Si Çinpin itkilərin sayını minimuma endirmək üçün axtarış-xilasetmə işlərini həyata keçirmək istiqamətində “hər cür səy” göstərməyi əmr edib. Axtarış işlərində 1,5 mindən çox xilasedici iştirak edir. Çin ordusu ərazini araşdırmaq üçün zəlzələ yerinə pilotsuz təyyarə göndərib. Bir qrup nəqliyyat və tibbi təyyarə, helikopter və quru qoşunları hazır vəziyyətdədir.
//Samir Qurbanov, Editor.az