Amerikanın seçilmiş prezidentinin oğlu kiçik Donald Tramp çərşənbə axşamı, yanvarın 7-də Qrenlandiyaya gələcək. SİA bu barədə Danmarks radiosu Mininqxuaka adasının xarici əlaqələr departamentinin rəis müavini Kleist-ə istinadən xəbər verir.
Rəsmi şəxsin sözlərinə görə, kiçik Tramp şəxsi səfəri zamanı Qrenlandiya hökumətinin üzvləri ilə görüşlər keçirməyi planlaşdırmır. Öz növbəsində, Qrenlandiyanın ictimai televiziya və radio kanalı xəbər verir ki, Tramp kiçik Donald Trampı Milad bayramları arasında Qrenlandiyaya səfərə dəvət edən hakim Sosial Demokrat Partiyasının rəhbəri Siumut Erik Censen ilə görüşməyi planlaşdırır. Trampın oğlunun səfəri Qrenlandiyanın gələcəyi ilə bağlı gərgin siyasi müzakirələrin aparıldığı vaxta təsadüf edir.
Xatırladaq ki, Tramp dekabrın 23-də Danimarkanın bir hissəsi olan Qrenlandiyanın ABŞ-ın mülkiyyətinə keçməli olduğunu bildirmişdi. Gələcək Amerika prezidenti qeyd edib ki, Qrenlandiyaya sahiblik və nəzarət “mütləq zərurətdir”. Onun sözlərinə görə, bu, “bütün dünyada milli təhlükəsizlik və azadlıq məqsədləri üçün” lazımdır.
Trampın 2019-cu ildə ilk prezidentliyi dövründə Amerika mediası onun Danimarkanın tərkibində olan və geniş muxtariyyət hüquqlarına malik olan Qrenlandiyanı əldə etmək imkanı ilə maraqlandığını yazıb. Krallığın səlahiyyətliləri bu ideyanı absurd adlandıraraq Qrenlandiyanın satışını müzakirə etməkdən imtina ediblər.
Trampın açıqlamaları fonunda Danimarka hökuməti Qrenlandiya üçün müdafiə xərclərini artırdığını açıqlayıb. Maliyyə dəstəyi ən azı 1,5 milyard dollar olacaq.
Bu arada Qrenlandiyanın baş naziri Mute Egede adanın Danimarkadan müstəqilliyinə nail olmaq istəyini qeyd edib.
V.VƏLİ