EN

Əsəd rejimininin devrilməsindən sonra ilk: Dəməşqdən uçuşlar həyata keçirilməyə başlandı

Suriyada Əsəd rejiminin devrilməsindən sonra yenidən açılan Dəməşq hava limanından ilk beynəlxalq uçuş həyata keçirilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Suriya Hava Yollarına məxsus sərnişin təyyarəsi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhərinə rejimdən sonrakı ilk beynəlxalq uçuşunu həyata keçirmək üçün paytaxt Dəməşqdən havaya qalxıb. 
 
Dəməşq Hava Limanının Meneceri Enis Falluh Qətər Hava Yollarının Doha-Dəməşq reysinin bu gün təşkil ediləcəyini bildirərək uçuşların təhlükəsiz işləməsini təmin etmək üçün imkanları daxilində hava limanında hazırlıqları tamamladıqlarını açıqlayıb.
 
Hazırda hava limanında 140-150 sərnişinin olduğunu qeyd edən Falluh əlavə edib ki, bir çox şirkət bu hava limanından istifadə etmək üçün yeni müqavilələr bağlamaq istəyir.
  
Mikayıl
Chosen
56
azxeber.com

1Sources