EN

Azərbaycan futzal millisinin baş məşqçisi Rusiyaya səfərinin detallarını açıqlayıb

Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov Rusiyaya səfəri haqqında danışıb.

O, “Report”a açıqlamasında səfər müddətində görüşüyü şəxslər haqqında da məlumat verib.

Mütəxəssis Rusiyaya istirahət üçün yollandığını deyib:

“Rusiyaya ailəmlə birlikdə istirahət üçün səfər etmişəm. Buraya gəlmişkən köhnə dostlarla, vaxtilə birlikdə çıxış etdiyim futzalçılarla görüşməyi də düşündüm. Onlardan biri - Beso Zoidze həm Rusiya yığmasının, həm də KPRF klubunun baş məşqçisidir. Digəri KPRF-də ikinci məşqçi kimi çalışan Mixail Markindir. Markinlə 2008/2009 mövsümündə “Dina” klubunda birlikdə oynamışıq. Hələ ki, yeniliklər bunlardır. Bakıya təxminən yanvarın 14-17-si aralığında qayıdacağam”.

Chosen
44
report.az

1Sources