EN

Devrilmiş prezident yenidən həbs qərarı ilə üzləşdi

Cənubi Koreyada məhkəmə devrilmiş prezident Yoon Suk Yeol üçün yeni həbs qərarı verib.
 
AZXEBER.COM Koreya mətbuatına istinadən xəbər verir ki, bu yaxınlarda Prezidentin Təhlükəsizlik Xidməti Yoonu tutmağa gələn polisi Yoonun tərəfdarlarının köməyi ilə dəf etdikdən sonra həbs qərarı dayandırılıb.

Ölkənin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin rəsmiləri Yoonu üsyan ittihamları ilə bağlı ifadə vermək üçün dəfələrlə məhkəməyə çağırıblar, lakin Yoon ifadə verməkdən imtina etdikdən sonra həbs qərarı verilib.
 
Yoonun vəkilləri həbs qərarının ləğvi üçün Seul məhkəməsinə müraciət ediblər. Lakin məhkəmə bu tələbi rədd edib.

Mikayıl
Chosen
52
azxeber.com

1Sources