EN

İndoneziya da BRİKS-ə üzv oldu

İndoneziya BRİKS-ə tamhüquqlu üzv kimi qoşulub. 

Oxu24.com xəbər verir ki, bu barədə cari ildən assosiasiyaya sədrliyi üzərinə götürən Braziliya hökuməti məlumat yayıb.

BRİKS ölkələri İndoneziyanın 2023-cü ildə Yohannesburq sammitində ilkin olaraq genişlənmə çərçivəsində konsensus əsasında daxil olmasını təsdiqləyib.

Dünyanın əhalisinə görə dördüncü ölkəsinin müraciəti 2023-cü ildə təsdiqləndi, lakin Cakarta 2024-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərindən sonra prosesi başa çatdıracağını açıqlayıb. 

Chosen
44
1
oxu24.com

2Sources