EN

Bu klub futbolçularını sosial şəbəkədə hərraca çıxardı

Ukraynanın Birinci Liqa klubu “Metallurq” maraqlı addım atıb.

Publika.az xəbər verir ki, Zaporojye klubu sosial şəbəkələrdə transfer təkliflərini qəbul etməyə hazır olduqları futbolçuların siyahısını dərc edib.

“Klubumuz daim inkişafa can atır və futbolçularının irəliləməsi üçün imkanlar yaradır. Ona görə də bəzi futbolçuların transferi ilə bağlı təkliflərə açığıq. Biz əməkdaşlığın şərtləri və formatlarını müzakirə etməyə hazırıq”, - deyə klubun "Telegram" səhifəsində bildirilib.

Komandanı tərk edə biləcək oyunçular aşağıdakılardır:

Timofey Khussin (22 yaş, yarımmüdafiəçi)
Ruslan Buryak (26 yaş, hücumçu, bu mövsüm beş matçda bir qol)
Denis Kurilets (23 yaş, yarımmüdafiəçi)
Valentin Kuzmoviç (22 yaş, yarımmüdafiəçi)
Andrey Sledzevski (24 yaş, qapıçı)

Chosen
15
32
publika.az

10Sources