Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli şəxsi təşəbbüsü ilə başladığı "Siqaretə son" aksiyasının 4 illik yubileyi münasibətilə paylaşım edib.
QHT.az xəbər verir ki, o bildirib ki, bu təşəbbüs 2021-ci ilin 7 yanvarında həyata keçirilmişdi və aktuallığını qoruyur. İlqar Hüseynli paylaşımında deyib:
"Tütünə və zərərli vərdişlərə yox deyək!"
Bu çağırışla o, insanları sağlam həyat tərzi seçməyə və zərərli vərdişlərdən uzaq durmağa səsləyib. Aksiyanın cəmiyyətdə sağlamlıq mədəniyyətinin təşviqinə töhfə verdiyi vurğulanıb.
Pərvanə Fərhadqızı