Azərbaycanın qərb bölgəsinə xidmət edən Mərkəzi Qan Bankının Gəncə bölməsinin binası qəzalı vəziyyətdədir. Binanın bir hissəsi uçub, digər hissəsində isə otaqlar və tavanda iri çatlar yaranıb.
Problemlə bağlı Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrin Müdriyyətinə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: “Gəncə Qan Bankının binasının təmir-tikintiyə ehtiyacı olması ilə bağlı Səhiyyə Nazirliyi məlumatlıdır. Həmin binanın təmir-tikintisinin Dövlət İnvestisiya Proqramına daxil edilməsi təklifi də müvafiq dövlət qurumuna təqdim edilib. Maliyyə vəsaiti ayrıldığı təqdirdə 2025-2028-ci illər ərzində binanın əsaslı təmiri və ya yenidən inşası həyata keçiriləcək”.