EN

Ermənistan səfiri etimadnaməsini Pezeşkiana təqdim edib

Ermənistanın İrandakı səfiri Qriqor Akopyan etimadnaməsini Prezident Məsud Pezeşkiana təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Səfir Ermənistan hökumətinin İranla bütün istiqamətlərdə münasibətləri dərinləşdirməyə hazır olduğunu təsdiqləyib.

Bildirilib ki, tərəflər Ermənistan-İran münasibətlərinin cari gündəliyinə toxunublar.

Chosen
24
9
bakivaxti.az

10Sources