EN

Almaniyadan deportasiya olunanların sayı artıb

Almaniyadan deportasiya edilənlərin sayı əvvəlki illə müqayisədə 20 faiz artıb.

“Cebheinfo.az” xəbər verir ki, sığınacaq üçün müraciətlərin sayı azalıb.

Hökumət sözçüsü tərəfindən verilən məlumata görə, Almaniyada 2024-cü ilin ilk 11 ayında deportasiya edilənlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artıb.

“Bild” qəzetinə açıqlamasında hökumət sözçüsü ötən ilin yanvar-noyabr dövründə 18 min 400 nəfərin Almaniyanı tərk etməli olduğunu bildirib.

Sözçü artımın federal və əyalət hökumətlərinin  birgə səyinin nəticəsi olduğunu söyləyib.

Almaniyanın Federal Kansleri Olaf Şolts da “Stern” jurnalına geri göndərilmənin 20 faiz artmasının real irəliləyiş olduğunu söyləyib.

Almaniyada 2023-cü ildə deportasiya edilənlərin sayı 16 min 430 olub. 2019-cu ildə koronavirusun yayılmasından əvvəl 22 min insan ölkəni tərk etmək məcburiyyətində qalıb.

“Bild” qəzetinin məlumatına görə, 2024-cü ildə Almaniyaya sığınacaq müraciətlərində azalma müşahidə olunub. 

Keçən il 213 min yeni sığınacaq müraciəti edilib. Bununla, 2023-cü ildəki 351 mindən müraciətlərin sayında üçdə bir azalma göstərib.

Chosen
22
cebheinfo.az

1Sources