Millimizin futbolçuları – Renat Dadaşovla Həsən Nəzərli Türkiyə Kubokunda üz-üzə gəlib.
İdmanxeber.az-ın məlumatına görə, “Ankaragücü”ndə çıxış edən Dadaşovun komandası Nəzərlinin formasını geyindiyi “İskenderunspor”la qarşılaşıb. Qarşılaşma heç-heçə başa çatıb – 1:1.
Renat Dadaşov və U-19 millimizin üzvü Həsən Nəzərli matça ilk “11-lik”də başlayıblar və sonadək meydanda olublar.