Terrorçuluğa və dövlətə qarşı açıq çağırışlar etməkdə ittiham edilən 33 yaşlı Həmzə Məmmədlinin məhkəmə araşdırması tamamlanıb.
Modern.az “Qafqazinfo”ya istinadÉ™n xÉ™bÉ™r verir ki, Bakı Ağır CinayÉ™tlÉ™r MÉ™hkÉ™mÉ™sindÉ™ keçirilÉ™n sonuncu iclasda hökm oxunub.
Bu işin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılıb.
İş materiallarından da görünür ki, gənc müttəhim 2015-ci ildən Almaniyaya köçüb. O, həmin ölkədə tibb kolleci bitirdikdən sonra xəstəxanalardan birində həkim köməkçisi işləyib.
H.Məmmədli barəsində 2018-ci ildə Azərbaycanda indi mühakimə edildiyi əməllərinə görə cinayət işi başlanılıb.
2023-cü ildə Həmzə Almaniya vətəndaşlığı almağı bacarıb. Bununla yanaşı Azərbaycan vətəndaşlığını saxlayıb. Bu günə kimi də elə sonuncu statusda mühakimə edilib.