EN

Qətər “Türkiyə-Qətər qaz layihəsi”nin bərpası ilə bağlı məlumatları təsdiqləmədi

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bu gün Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya ərazisindən qaz kəmərinin çəkilməsi üzrə Türkiyə-Qətər layihəsinin bərpası ilə bağlı mətbuatda yayılan məlumatları təsdiqləməyib.

“Biz hamımız mediada bu qaz kəməri ilə bağlı fərziyyələri görmüşük, bu, medianın spekulyasiyasından başqa bir şey deyil”, – Məcid bin Məhəmməd əl-Ənsari deyib.

Qətər diplomatı izah edib ki, Qətər Dövləti Suriyanın yeni rəhbərliyinin məsuliyyətli iştirakını nəzərdə tutan hər hansı işgüzar qərarlar qəbul etməkdən uzaqdır. Eyni zamanda Qətər Suriyanın bərpası və vətəndaş müharibəsi başa çatdıqdan sonra Suriya xalqına dəstək olmaq üçün əlindən gələni etmək niyyətindədir.

//Samir Qurbanov, Editor.az

Chosen
46
editor.az

1Sources