"Ərdoğanla dostam, o, ağıllı və güclü liderdir" - Tramp
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla dost olduğunu deyib.Manset.az xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında bildirib. Tramp Ərdoğana hörmət etdiyini vurğulayıb: "Onun da mənə hörmət etdiyini düşünürəm".
Respublikaçıların lideri Ərdoğanın çox güclü və ağıllı lider olduğunu diqqətə çatdırıb.