Xəritədə Kanada eyni rəngə boyadılan və sərhədləri olmayan ABŞ adlı bir dövlət göstərilir...
Poliqon xəbər verir ki, gələcək Amerika lideri çərşənbə axşamı özünün Truth Social səhifəsində xəritə dərc edib. Kanada və ABŞ eyni rəngə boyanaraq ABŞ adlanan bir dövləti meydana gətirirlər. Seçilmiş prezident bununla Kanadanın da qoşulacağı təqdirdə ABŞ-nin necə görünəcəyini göstərib.
Qeyd edək ki. daha əvvəl Tramp bir neçə dəfə bildirib ki, bir çox kanadalı öz ölkələrinin ABŞ-nin 51-ci ştatı olmasını müdafiə edir. Tramp hesab edir ki, belə birləşmə Kanadaya təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də “Rusiya və Çin gəmilərindən” gələn xarici təhlükələrdən qoruyacaq.
Kanadanın Baş naziri Castin Trudeau ölkənin ABŞ-ın bir hissəsi olması üçün "ən kiçik bir şansın olmadığını" söyləyib. Onun sözlərinə görə, hər iki xalq öz dövlətlərinin ticarət və təhlükəsizlik sahəsində bir-birinin ən böyük tərəfdaşı olmasından faydalanır.
Poliqon.info