EN

Rusiyada oxuyanların diploma tanınmayacaq? - Rəsmi CAVAB

Rusiya ali məktəbləri 2026-cı il sentyabrın 1-dən yeni ali təhsil sisteminə keçir, təhsilin bakalavr pilləsi ləğv edilir və iki yeni təhsil səviyyəsi tətbiq olunur. Bu sistemdə əsas ali (5-6 il), ixtisaslaşdırılmış  isə (1-3 il) ili əhatə edəcək.

 

Azərbaycanda isə bakalavr pilləsi minumum 4 ildir.

 

Bəs görəsən, bu qanundan sonra Rusiyada təhsil alacaq Azərbaycan vətəndaşlarının diplomlarının tanınması üçün hər hansısa problem ola bilərmi? 

 

AzEdu.az Təhsil Portalı olaraq mövzu ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə sorğu ünvanladıq.

 

Agentlikdən sorğumuza cavab olaraq bildirildi ki, sözügedən qanun 2026-cı ilin 1 sentyabr tarixindən etibarən tətbiq edilməyə başlayacaq:

 

Bununla bağlı qərar qəbul edildikdə ictimaiyyətə məlumat veriləcəkdir.

Chosen
32
azedu.az

1Sources