EN

Soyuq hava nefti bahalaşdırdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 0,4% artaraq 1 barelə görə 77,36 ABŞ dolları təşkil edib.

Teleqraf.com-un məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevral ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,57% artaraq 1 barelə görə 74,67 ABŞ dollarına bərabər olub.

ABŞ və Avropada soyuq hava xam neftin bahalaşmasına səbəb olur. ABŞ Neft İnstitutunun hesabatına görə,ABŞ-da neft ehtiyatları keçən həftə 4 milyon barrel azalıb.Ölkədə soyuq hava yanacağa tələbi və hasilat sahələrində donma riskini artırıb. Şimali Avropa da qar və buza hazırlaşır. Qiymətlər bir neçə ay davam edən diapazondan çıxdıqdan sonra 2025-ci ilə güclü başlayıb, lakin bir çox analitiklər ilin sonunda tədarük bolluğu barədə xəbərdarlıq etməyə davam edir.


Müəllif: Teleqraf.com
Chosen
22
teleqraf.com

1Sources