EN

ABŞ-da təxminən 2,6 milyon Tesla avtomobili yoxlanılacaq

ABŞ-da təxminən 2,6 milyon Tesla avtomobili yoxlanılacaq

ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) istifadəçilərə avtomobillərini uzaqdan hərəkət etdirməyə imkan verən xüsusiyyəti ilə bağlı qəza xəbərlərindən sonra ABŞ-da təxminən 2,6 milyon "Tesla" avtomobili ilə bağlı araşdırma başladıb.NHTSA tərəfindən verilən açıqlamada bəzi "Tesla" avtomobillərindəki "Actually Smart Summon" adlı xüsusiyyətin istifadəçilərə telefon tətbiqi vasitəsilə avtomobillərini müəyyən bir yerə yönəltmələrinə imkan verdiyi ifadə edilib.Açıqlamada bildirilib ki, bu funksiyanın qəzaya səbəb olduğunu iddia edən şikayət və oxşar qəzalarla bağlı üç xəbər araşdırılıb və qəzaların "Actually Smart Summon" funksiyasının dirəkləri və ya park edilmiş nəqliyyat vasitələrini aşkar edə bilmədiyi dörd halda da baş verdiyi müəyyən edilib. İstifadəçilərin telefon tətbiqi ilə avtomobilin hərəkətini dayandıraraq toqquşmanın qarşısını almaq üçün reaksiya müddətinin çox az olduğu iddialarına əsaslanaraq, bu xüsusiyyəti araşdırmaq üçün araşdırma başladıldığı açıqlanıb.Açıqlamaya görə, təxminən 2 milyon 585 min "Tesla" avtomobilinin müayinədən keçiriləcəyi, 2016-2025 Model S, 2017-2025 Model 3 və avtonom sürmə xüsusiyyətinə malik 2020-2025 Model Y vasitələrinin müayinəyə cəlb ediləcəyi bildirilib.

Chosen
32
afn.az

1Sources