Bakı. Trend:
“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysiniyerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzayauğraması nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının kreditöhdəlikləri tam həcmdə silinib.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının vəAzərbaycan Mikromaliyyə Assosiasiyasının birgə bəyanatındadeyilir.
"Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysiniyerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında 25 dekabr2024-cü il tarixində qəzaya uğraması nəticəsində ekipaj heyətininvə sərnişinlərin həlak olması, bütün xalqımız kimi, bank icmasınıda dərindən sarsıtmış və hədsiz kədərləndirmişdir.
Bu faciəvi hadisə ilə əlaqədar olaraq, Azərbaycan RespublikasıMərkəzi Bankının tövsiyəsi və Azərbaycan Banklar Assosiasiyası(ABA) və Azərbaycan Mikromaliyyə Assosiyasiyasının (AMFA) təşəbbüsüilə, qəzada həyatını itirmiş vətəndaşlarımızın banklarda və bankolmayan kredit təşkilatlarında mövcud olan kredit öhdəlikləri tamhəcmdə müvafiq təşkilatların öz vəsaiti hesabına silinmişdir.
Bütün dövrlərin sınaqlarında xalqımızın və ölkə rəhbərliyininyanında olmuş Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarvə bank olmayan kredit təşkilatları adından, ABA və AMFA olaraq,qəza nəticəsində həyatını itirmiş şəxslərin ailə üzvlərinə dərinhüznlə başsağlığı verir, yaralılara isə şəfa diləyirik", - deyəbəyanatda bildirilir.