EN

Tramp: Suriyadakı vəziyyətin açarı Türkiyədə olacaq

"Əsəddən sonra Suriyanın gələcəyini heç kim bilmir, amma ölkədəki vəziyyətin açarı məhz Türkiyədə olacaq”. Bu sözləri ABŞ-ın yeni prezidenti Tramp səsləndirib.

“Türkiyə çox ağıllıdır. Prezident Ərdoğan çox ağıllı və güclü insandır, onunla yaxşı anlaşıram. Böyük hərbi gücə malikdir. Və bu güc müharibələrdə yıpranmadı. O, çox güclü və effektiv ordu yaradıb”, deyə ABŞ-ın yeni seçilmiş prezidenti Tramp Floridadakı iqamətgahında jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Türkiyə Suriyada irəliləyən qüvvələrin arxasındadır və bu, “onun üçün problem deyil”.

Ülviyyə, Hurriyyet.az

Chosen
10
hurriyyet.az

1Sources