EN

Trampın yeni strategiyası - ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Panamanı və Grönlandiyanı Vaşinqtonun nəzarətinə qaytarmaq niyyətindədir. Ekspertlərin fikrincə, bu addım Çinə qarşı ABŞ-nin geosiyasi mövqeyini gücləndirmək məqsədi daşıyır.

Tramp, Floridadakı Mar-a-Laqo iqamətgahında keçirdiyi mətbuat konfransında Pananma kanalının yenidən ABŞ-nin nəzarətinə keçməsi üçün danışıqlara başladığını elan edib. Bununla yanaşı, o, Grönlandiyanın Vaşinqtonun nəzarətinə keçməli olduğunu bildirib və hər iki məsələ ilə bağlı hərbi güc tətbiqini istisna etməyib.

Ekspert Sergey Markovun fikrincə, Tramp strateji əhəmiyyətli bölgələri Çin təsirindən qorumağa çalışır:
"Çin Panamanı və Grönlandiyanı nəzarət altına almağa çalışır. Bu bölgələr ABŞ üçün Bosfor kanalı qədər strateji əhəmiyyətə malikdir."

Bununla yanaşı, politoloqlar hesab edirlər ki, Tramp hərbi güc tətbiq etməkdənsə, diplomatik yollarla bu bölgələr üzərində ABŞ-nin təsirini gücləndirməyə çalışacaq.

Ekspertlər vurğulayır ki, Pananma kanalı ABŞ iqtisadiyyatının 80%-nə xidmət edən mühüm ticarət yoludur. Grönlandiya isə Şimal Dəniz Yolu üçün strateji bir "kiliddir".

Trampın bu planları, onun Çinə qarşı ticarət müharibəsini yenidən gücləndirəcəyinə işarə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
25
olaylar.az

1Sources