EN

Girov götürülən gəmilərdəki azərbaycanlıların yaxınları: “Əlimiz-qolumuz bağlıdır” - VİDEO


Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada yerləşən Eritreya dövlətinə aid sularda həbs edilib.

Bu barədə Bakupost.az-a uzaq səfərlər kapitanı Səyyar Quliyev məlumat verib. O iddia edir ki, heyət 2 aya yaxındır ac-susuz girov saxlanılır. Gəminin Bakıdan Ərəbistana yola çıxdığı, havanın küləkli olması səbəbindən Afrikaya - Eritreya istiqamnətinə yönəldiyi bildirilir. Gəmidə saxlanılan şəxslərin yaxınları da onlardan narahatdır. Mesajları gətirək ekrana:

“Bizim qohumumuz ordadır. Xəbər ala bilmirik. Əlimiz-qolumuz bağlıdır...”

Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova bildirib ki, hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Onu da bildirək ki, Azərbaycan bayrağı altında üzən gəmilər "Caspian Marine Services B.V." şrikətinin ölkəmizdəki filialına məxsusdur.

Xarici İşlər Nazirliyindən isə məsələnin araşdırılıdığı bildirilib.




Chosen
45
bakupost.az

1Sources