EN

Türkiyə və Suriya birgə hərbi əməliyyatlar keçirə bilər

Qərb yeni tələblər irəli sürəcəyi təqdirdə Türkiyə və Suriya silahlı qüvvələri PKK terror təşkilatına qarşı genişmiqyaslı hərbi əməliyyat keçirəcək. 

“Cebheinfo.az”-ın məlumatına görə, Türkiyənin “Hürriyet” qəzeti bu barədə yazıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Suriyadakı PKK terroroçularına ultimatum verdiyini, əgər çağırışlara məhəl qoyulmasa, hərbi əməliyyatın təcili ola biləcəyini deyib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq edib. PKK-YPG silahı yerə qoymasa, Suriyada başqa bir idarəçiliyə can atmağa davam edərsə və Qərb dövlətləri bu istiqamətdə tələblər irəli sürərsə, Suriya dövləti ilə birgə genişmiqyaslı hərbi əməliyyat qaçılmaz olacaq”, - qəzet belə qeyd edir. 

Nəqrin yazdığına görə, Ankaranın Suriyadakı səyləri ona yönəlməyib ki, PKK-YPG-nin mövcudluğunu davam etdirsin.

“Ankara hazırda A planını həyata keçirir. Lakin B planı da masadadır”, - deyə “Hürriyet” yazır.

Chosen
22
50
cebheinfo.az

10Sources