EN

Azərbaycanı tərk etdi, 2 illik müqavilə bağladı

“Sumqayıt”ın yollarını ayırdığı Fernando Medeyros sabiq komandasına qayıdıb.

Sportinfo.az xəbər verir ki, braziliyalı “Eqnatiya” ilə anlaşıb.

O, 2027-ci il iyunun 30-na qədər bu kluba məxsus olacaq.

29 yaşlı yarımmüdafiəçi ötən ilin yayında “Sumqayıt”a da elə “Eqnatiya”dan keçmiş, 2+1 illik müqavilə imzalamışdı.

Braziliyada “Santos”un yetirməsi olan Medeyros karyerası boyunca bu klubla yanaş,ı “Botafoqo”, “Vila Nova”, “Bahia”, “Portimonense” və “Eqnatiya”nın şərəfini qoruyub.

Chosen
24
sportinfo.az

1Sources