EN

“Bu, daha bir orqanımı itirməkdir” – Zümrüd xəstəliyindən danışdı

"Şükür ki, onkoloji problemim yoxdur. Sadəcə öd kisəmi götüzdürməliyəm”.

Bu sözləri aktrisa Zümrüd Qasımova Musavat.com-a açıqlamasında deyib.

Ötən gün səhhətində problem olduğunu açıqlayan aktrisa əməliyyata girməkdən qorxduğunu bildirib:

“Öd kisəmin götürülməsi artıq neçənci orqanımı itirməkdir. Əməliyyata girmək də istəyirəm, girməmək də. Hər əməliyyat mənim üçün riskdir. Bacardığım qədər əməliyyat vaxtını uzadıram”.

Qeyd edək ki, Zümrüd xərçəngdən əziyyət çəksə də, bir müddət öncə sağaldığını açıqlamışdı.

Könül İbrahim
Musavat.com

Chosen
32
2
musavat.com

3Sources