Ermənistan və Türkiyə arasında etimad yaranacağı tədiqdirdə, sərhədi Ermənistan sərhədçiləri qoruya biləcək.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan brifinqdə bildirib.
O qeyd edib ki, əgər Ermənistan və Türkiyə arasında açıq sərhəd olacaqsa və etimad yaranacaqsa, o zaman sərhədi Rusiya yox, Ermənistan sərhədçiləri özləri qoruya biləcək.
Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının çıxarılmasının mümkünlüyü barədə danışan Ararat Mirzoyan qeyd edib ki, “belə bir məsələ gündəmdə yoxdur”.