EN

Vüqar Həşimovun partlayışda yaralanan atası vəfat etdi

Mərhum şahmatçı Vüqar Həşimovun partlayışda xəsarət alan atası Qasım Həşimov bu gün xəstəxanada vəfat edib.

Fanat.Az xəbər verir ki, bu barədə  Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin rəhbəri Sənan Şəfizadə məlumat yayıb.

Xatırladaq ki, Qasım Həşimov 3 dekabr 2024-cü il tarixində bədən səthinin 55 faizini əhatə edən II və III dərəcəli yanıq xəsarətləri ilə ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olmuşdu. Yaşadıqları evdə baş verən partlayış nəticəsində mərhum şahmatçı Vüqar Həşimovun atası ilə yanaşı, anası Aida Həşimova xəsarət alıb.
 

Chosen
47
5
fanat.az

10Sources